ABŞ-da bankları qarət etməkdə şübhəli bilinən BMT əməkdaşı saxlanılıb

ABŞ-da bankları qarət etməkdə şübhəli bilinən BMT əməkdaşı saxlanılıb
# 18 aprel 2017 18:06 (UTC +04:00)

BMT-nin 53 yaşlı əməkdaşı Abdullah Şuayba Nyu Yorkda son 1,5 ay ərzində bir neçə bankı qarət etməkdə şübhəli bilərək ABŞ polisi tərəfindən saxlanılıb.

APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, Abdullah Şuayba azı 4 bankı qarət etməkdə şübhəli bilinir. Saxlanılan şəxsə iki soyğunçuluq faktı və iki oğurluq cəhdi üzrə ittiham irəli sürülüb.

Məlumata görə, A.Şuayba BMT-də kommunikasiyalar üzrə mütəxəssis vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR