Putin: "Bu gün istənilən potensial təcavüzkardan daha güclüyük"

Putin: "Bu gün istənilən potensial təcavüzkardan daha güclüyük"
# 22 dekabr 2016 12:44 (UTC +04:00)

"Rusiya hazırda hər hansı potensial təcavüzkardan güclüdür".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. Lakin o bildirib ki, arxayınlaşmaq olmaz: "Diqəttinizə çatdırmaq istəyirəm ki, əgər biz bir dəqiqə belə arxayınlaşsaq, ordu və donanmanın modernləşməsində, qoşunların hazırlığında bircə əhəmiyyətli uğursuzluq baş versə, o zaman vəziyyət tez dəyişəcək".


V. Putin 2017-ci ildə hərbi sahədə qarşıda duran əsas vəzifələri də açıqlayıb: "Ordu və donanmanın silahlanmasında yığılmış tempi saxlamaq, silahlanma üzrə dövlət proqramı tədbirlərinin həyata keçirilməsini və dövlət müdafiə təkliflərinin yerinə yetirilməsini effektli yoxlamaq vacibdir. Müdafiə Nazirliyi bütün növ qoşunların balanslı inkişafını təmin etməli, yüksək dəqiqlikli silahların, müasir əlaqə, kəşfiyyat, idarəetmə və radioelektron mübarizə vasitələrinin alışını davam etməlidir".

Bundan başqa, Rusiya prezidenti strateji nüvə qüvvələrinin döyüş potensialını möhkəmləndirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR