Gürcüstan həbsxanalarında 75 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 75 Azərbaycan vətəndaşı saxlanılır
# 09 mart 2018 13:53 (UTC +04:00)

Bu ilin yanvarına olan məlumata əsasən, Gürcüstanda həbsxanada olan Azərbaycan vətəndaşlarının sayı 75 nəfərdir.

APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinin hesabatına istinadən verdiyi xəbərə görə, onlardan 21-i təqsirləndirilən şəxs, 54-ü isə məhkumdur. Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 50-si kişi, 4-ü qadındır.

Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,8%-ni təşkil edir.

Gürcüstanın həbsxanalarında ümumilikdə 447 əcnəbi saxlanılır. Onların arasında Türkiyə vətəndaşları 118 nəfərlə birinci yerdədir.

Qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının sayı 53, İran vətəndaşlarının sayı 38, Ermənistan vətəndaşlarının sayı isə 25 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR