Sənaye müəssisələrində işlənən elektrik enerjisinin tarifləri diferensiallaşdırılacaq

Sənaye müəssisələrində işlənən elektrik enerjisinin tarifləri diferensiallaşdırılacaq
# 20 dekabr 2016 11:07 (UTC +04:00)

Regionda ən rəqabətədavamlı enerji qiymətlərinin Azərbaycanda olması ağır sənaye və maşınqayırma sektoru üçün geniş imkanlar açır. Əlavə investisiya qoyuluşuna ehtiyac yaratmadan Azərbaycanın enerji sektorunun idarə edilməsi üçün ən uyğun metod pik saatlarda enerjinin düzgün idarə olunmasının və proqnozlaşdırılmasının təmin edilməsidir. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma sektoru üzrə Strateji Yol Xəritəsində deyilir.

Sənədə əsasən, mövcud vəziyyətin təhlili göstərir ki, enerji istehsalının pik və qeyri-pik saatlar üzrə idarə edilməsi prosesi optimal səviyyədə deyildir: "2015-ci ildə Azərbaycanda sənaye sektorunda (enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi müəssisələrində, dağ-mədən filizi əsasında poladəritmə müəssisələrində) elektrik enerjisinin qiyməti bir kilovat-saat üçün 3,1 qəpik təşkil edib. Digər region ölkələrində bu göstərici orta hesabla 2-3 dəfə yüksəkdir. Azərbaycanın ağır sənaye və maşınqayırma sektorunun elektrik enerjisindən intensiv istifadə olunan müəssisələrində enerji qiymətlərinin strukturu ilə bağlı bir sıra nəzərə alınmalı amillər vardır. Tariflər müəssisənin istehsal qabiliyyətinin bölüşdürülməsi əsasında müəyyən edildikdə, daha ədalətli qiymətlərin formalaşması mümkün olur. Çünki qiymət həmin müəssisənin işləməsi üçün tələb olunan ümumi istehsal gücü əsasında müəyyən edilir. Qeyd edilməlidir ki, tariflərə yenidən baxılmasında məqsəd qiymətləri artırmaq deyil, enerji istehsalçısı və istehlakçılarının qeyri-pik saatlarda yaranan imkanlardan daha səmərəli istifadə etməsi, pik və qeyri-pik saatlar üzrə çevik və diferensiallaşdırılmış qiymətlərin tətbiqi imkanlarını araşdırmaqdır. Bununla əlaqədar, zavodlarda pik saatlarda elektrik enerjisinin idarə olunması metodu tətbiq edilə bilər. Bu metoda əsasən, məsələn, zavodlar əlavə endirimlər qarşılığında istehsal dövrünü pik saatlardan qeyri-pik saatlara dəyişə bilərlər. İşin bu formada təşkili qarşılıqlı fayda gətirəcəkdir ki, bu da elektrik enerjisi infrastrukturuna sərf olunan maliyyə xərclərinin xeyli azaldılmasına imkan verəcək".

Beynəlxalq təcrübədə sənaye müəssisələri ilə elektrik təchizatı müəssisələri arasında istehsal gücünün birgə planlaşdırılması xərclərin azaldılmasına imkan verir.

Bundan başqa, istehsal gücünün birgə planlaşdırılması zamanı istehsal qabiliyyətinin bölüşdürülməsi prinsipi tətbiq edilir ki, bu da enerjidən istifadə tariflərində az artıma səbəb olur.

Enerji bazarının əsas istehsalçı və istehlakçıları ilə birgə müzakirələr nəticəsində bu sahədə proqnozlaşdırma və planlaşdırma fəaliyyəti beynəlxalq təcrübə əsasında təkmilləşdiriləcək, mövcud tarif siyasətinin potensial inkişaf istiqamətləri müəyyənləşdiriləcək, o cümlədən pik və qeyri-pik saatlar üzrə diferensial yanaşmaların

tətbiqi imkanlarına baxılacaq. Bununla yanaşı, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, istehsal-istehlak potensiallarının əvvəlcədən birgə planlaşdırılması üçün dəstəkverici tədbirlər görüləcək. Bu məqsədlə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyətin əlaqələndirilməsi təşkil ediləcək.

Sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına

yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə təkliflər hazırlanacaq.

Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı

müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaq.

Sənaye müəssisələri arasında enerjiqənaətli istehsal metodları təbliğ ediləcək, ən

yaxşı beynəlxalq nümunələri əks etdirən çap məhsulları hazırlanacaq, bazar iştirakçıları

ilə bu mövzuda sektorlar üzrə mütəmadi görüşlər və təlimlər keçiriləcək.


Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı

tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.


Bu prioritet üzrə nəzərdə tutulan tədbirlər sənaye müəssisələrinin enerji istehlakı

davranışlarına müsbət təsir edəcək, səmərəli istehlak metodlarının yayılmasına şərait

yaradacaq. Lakin tədbirin icrasının ilkin dövründə istehlak olunan ümumi enerji

səviyyəsində ciddi dəyişiklik gözlənilmir.

Əsas icra göstəriciləri:

- yeni enerji balansının hazırlanması;

- strateji müəssisələrin siyahısının hazırlanması;

- pik və qeyri-pik saatlar üzrə enerji istehlakının bərabər formada paylanılması;

- enerji istehsalçısı və istehlakçısı olan müəssisələrdən ibarət əlaqələndirmə

qrupunun yaradılması.


Bu prioritetin icrası üçün böyük həcmli maliyyə vəsaiti tələb edilmir.


Prioritet çərçivəsində başlıca risklərə beynəlxalq enerji bazarlarında əsas xammal qiymətlərinin dəyişkənliyi, səmərəli enerji istehlakı metodlarının tətbiqində mövcud olan texniki çətinliklər, istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin aşağı səviyyədə olması daxildir.

Sənaye müəssisələrində işlənən elektrik enerjisinin tarifləri diferensiallaşdırılacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR