ABŞ polisi BƏƏ-dən olan tələbəni öldürüb

ABŞ polisi  BƏƏ-dən olan tələbəni öldürüb
# 07 dekabr 2016 03:37 (UTC +04:00)

ABŞ-ın Ohayo ştatında polis əməkdaşı Birləşmiş Ərəb Əmirliklərindən olan tələbəyə atəş açaraq qətlə yetirib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident dekabrın 4-də baş verib. Polisə avtomobil yollarından birində yol hərəkəti qaydalarının pozulması barədə məlumat daxil olub. Polisdən verilən xəbərə görə, yolda təhlükəli manevrlər edən avtomobil idarəetməni itirərək aşıb, sürücü isə qaçaraq yaxınlıqdakı meşə zolağında gizlənib. Tələbə ilə onu aşkarlayan polis arasında ziddiyyət yaranıb, nəticədə asayiş keşikçisi xidməti silahdan atəş açaraq gənci başından yaralayıb. Tələbə hadisə yerində ölüb.

Klivlend Universitetin tələbəsi 26 yaşlı Saif Nasser Mübarək Alamerinin ölümü qətl kimi araşdırılır. Onu öldürən polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Məlumata görə, insident zamanı polis də yüngül xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR