Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Noyabr
# 30 noyabr 2016 17:22 (UTC +04:00)
YORUM
OPEK "qara qızıl"la bağlı bəlkə də ən çətin toplantısından üzü ağ çıxdı. 14 ölkə iki ay əvvəl gəlinən ilkin razılıqdan sonra son qərarı verdi. Sentyabrdan bu tərəfə ortaq məxrəcə gəlinməsində narazılıqlar edən İran və İraq rəsmilərinin də açıqlamaları buna ümidi artırırdı. Artıq neftin qiymətlərinin arzulanan səviyyəyə çatacağını söyləmək olar.
Lakin bir məsələ var. Əldə olunan nəticənin pozitiv təsirinin bazarda çox qısa müddətdə hiss olunacağı istisna deyil. Çünki hasilatın azaldılması fonunda "Brent" və Qərbi Texas markasına tələbat artacaq. Bu isə OPEK üzvü olan ölkələrlə yanaşı, karteldə təmsil olunmayan tərəflərin yenidən daha çox "qara qızıl" çıxarmağa həvəs göstərəcəkləri anlamına gəlir. Gəlinəcək razılığa potensial təzyiqlərdən biri də ABŞ-da xam neft istehsalının artırılacağı ehtimalı və hazırda müşahidə olunan dolların möhkəmlənməsidir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR