Bakıda qohumunun evinə basqın etmək istəyən şəxslər tutulub

Bakıda qohumunun evinə basqın etmək istəyən şəxslər tutulub
# 30 dekabr 2016 09:01 (UTC +04:00)

Bakıda qohumunun evinə basqın etmək istəyən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytın əsasən verdiyi məlumata görə, dekabrın 29-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Babək Şahlarzadə 25-ci PB-yə müraciət edərək qohumu Xəyal Hüseynovun Bəhruz Mirzəyevlə birgə onun evinə basqın edib pul və qızıl əşyalarını ələ keçirmək istəməsini bildirib.


Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb və onlar hadisəni törətməyi planlaşdırmalarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR