Bank Of Baku

ƏDV üzrə büdcə daxilolmaları yanvar-iyunda 2,5 mlrd. manat təşkil edib

ƏDV üzrə büdcə daxilolmaları yanvar-iyunda 2,5 mlrd. manat təşkil edib
# 10 avqust 2021 17:22 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 2,509 mlrd. manat daxil olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

ƏDV üzrə daxilolmaların 1,127 mlrd. manatı Dövlət Vergi Xidməti xətti ilə, 1,382 mlrd. manatı isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olub. Vergi xidməti üzrə büdcəyə ƏDV daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 6,8%, Gömrük Komitəsi üzrə isə ƏDV daxilolmaları isə illik 6,6% azalıb.

Qeyd edək ki, 2021-ci ilin I yarısında ƏDV üzrə daxilolmalar büdcə gəlirlərinin (11,755 mlrd. manat) 21,3%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR