Komitə: Orta aylıq nominal əmək haqqı 7% artıb

Komitə: Orta aylıq nominal əmək haqqı 7% artıb
# 24 yanvar 2017 06:53 (UTC +04:00)

2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7% artaraq 494,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 2 min 773,7 manat, qeyri-neft sektorunda 440,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 371,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 669,3 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR