Polislər intihar etmək istəyən gənc qadını xilas ediblər

Polislər intihar etmək istəyən gənc qadını xilas ediblər
# 12 fevral 2018 14:34 (UTC +04:00)

Bu günlərdə Xəzər Rayon Polis İdarəsinə «Mərdəkan körpüsü» deyilən yerdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən APA-ya bildirilib ki, idarədən yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat ötürülüb. Post-Patrul Xidməti bölüyünün əməkdaşları-polis serjantları Elvin Ramazanov və Məhəbbət Gözəlov hadisə yerinə gedib.

Təxminən 20-21 yaşlı qadın körpünün dəmir barmaqlıqlarını keçərək özünü aşağı atacağını deyirmiş. M. Gözəlov yaxınlaşaraq, onunla söhbət edib, fikrindən yayındırmağa çalışıb. E. Ramazanov isə arxadan qadını tutaraq, ölümdən xilas edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR