Poçt bağlamasında psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb - FOTOSESSİYA

Poçt bağlamasında psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb - <span style="color: red;">FOTOSESSİYA
# 06 avqust 2015 11:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Niderland Krallığından beynəlxalq poçt göndərişləri vasitəsi ilə Mələk İsazadənin adına daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən həmin bağlamada 100 ədəd həb aşkar edilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ananas meyvəsi formasında olan plastik fiqurun içərisində gizlədilən bu həblərdən 50 ədədi çəhrayı və 50 ədədi mavi rəngli olub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən tədqiqata təqdim edilən 100 ədəd həb psixotrop maddə - metilendioksiamfetamindir (MDA və ya tenamfetamin). 100 ədəd həbdə MDA-nın təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edir və bu maddə Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan vətəndaşı M.İsazadə müəyyən edilib və o, poçt göndərişini qəbul edən zaman saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR