Bakıda fəhlə evin damından yıxılaraq ölüb

Bakıda fəhlə evin damından yıxılaraq ölüb
# 07 avqust 2015 14:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda fəhlə faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində qeydə alınıb. Zabrat qəsəbə sakini, 1986-cı il təvəllüdlü Vüsal Bəylər oğlu Əliyev tikilməkdə olan iki mərtəbəli binanın damından yıxılıb. Nəticədə o, aldığı xəsarətdən yerindəcə keçinib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR