Zakir Həsənov Ərdoğanla görüşüb

Zakir Həsənov Ərdoğanla görüşüb
# 29 mart 2018 12:12 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

APA-nın "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

Qeyd edək ki, Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR