Cəlilabadda qətl törədilib

Cəlilabadda qətl törədilib
# 05 aprel 2017 07:24 (UTC +04:00)

Cəlilabadda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Kənd sakini Əli Xanbaba oğlu Əliyev aralarında yaranmış mübahisə zəminində həmyerlisi Nemət Eldar oğlu Astanovu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisəni törədən Ə. Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA-nın cənub bürosu xəbər verir ki, Ə. Əliyev N. Astanova 18 bıçaq zərbəsi vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR