Zaqatalada 5 otaqlı ev yanıb

Zaqatalada 5 otaqlı ev yanıb
# 06 fevral 2018 21:19 (UTC +04:00)

Zaqatalada yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Lahıc kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının, tavanın və çardağının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR