Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb

Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb
# 23 aprel 2017 01:54 (UTC +04:00)

Almaniyanın Köln şəhərində “Almaniya üçün alternativ” partiyasının əleyhinə keçirilən kütləvi etiraz aksiyası zamanı baş vermiş qarşıdurma nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

APA-nın “Bild”ə istinadən verdiyi xəbərə görə, aprelin 22-də Kölndə partiyanın qurultayı keçirilib. Məlumata görə, maskalı etirazçılardan biri dəyənəklə deputatı vurmağa cəhd edib, lakin zərbə ona mane olmağa çalışan asayiş keşikçisinə dəyib.

Aksiyaya 10 minədək etirazçı qatılıb. Asayişi qorumağa 4 minədək polis əməkdaşı cəlb edilib. Etirazçılardan bir neçəsi saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR