Bu il 5180 Yaşıl Kart sığorta müqaviləsi bağlanılıb

Bu il 5180 Yaşıl Kart sığorta müqaviləsi bağlanılıb
# 04 aprel 2017 13:19 (UTC +04:00)

2017-ci ilin birinci rübü ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 5180 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan “APA-Economic”ə verilən məlumata görə, bunlardan 2756 müqavilə Türkiyə və İrana, 2274 müqavilə Rusiya, Moldova və Ukraynaya, 150 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 381422 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 4155-i minik, 539-u yük, 457-si qoşqu, 27-si avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

“Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR