Bakı-Quba yolunda yol qəzası olub, ölən və xəsarət alan var

Bakı-Quba yolunda yol qəzası olub, ölən və xəsarət alan var
# 16 iyul 2015 09:30 (UTC +04:00)

APA-nın şimal bürosunun xəbərinə görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan 42 yaşlı Etibar Şahməmmədovun idarə etdiyi 41 BD 729 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobil idarə etməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin 14 yaşlı Haldun Şahməmmədov Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona sağ göz qapağının sıyrıntısı diaqnozu qoyulub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR