Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var
# 14 yanvar 2017 14:43 (UTC +04:00)

Bakı-Qazax magistralının 159-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Qaraimanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Balakişi Bircəkişi oğlunun idarə etdiyi “Pajero” markalı 10-VV-331 dövlət nömrə nişanlı avtomobil Hacıqabul rayonunun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, nəticədə sərnişin Əliyev Qalib hadisə yerində ölüb. 3 nəfər isə xəsarət alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR