Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanıb
# 05 oktyabr 2017 10:42 (UTC +04:00)

2017-ci ilin sentyabr ayı ərzində 1 mln. 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 6,69% azdır.


"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu həcmin 1 mln. 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 mln. 140 min 954 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,55% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 mln. 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR