FHN Yevlax xəstəxanasındakı yanğınla bağlı yekun məlumat yayıb

FHN Yevlax xəstəxanasındakı yanğınla bağlı yekun məlumat yayıb
# 27 iyul 2017 15:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yevlax xəstəxanasında baş verən yanğınla bağlı yekun məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində Səhiyyə Nazirliyinə məxsus dördmərtəbəli Rayon Mərkəzi Xəstəxanasının 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 p.m, hər mərtəbəsində 20 m2 sahədə kabellər və 2-ci mərtəbəsində 4 ədəd oturacaq qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xəstə xilas, 20 nəfər xəstə isə təxliyyə edilib.

Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR