Tovuzda yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Tovuzda yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 12 mart 2018 18:36 (UTC +04:00)

Tovuzda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Köhnəqala kənd sakinləri, 1990-cı il təvəllüdlü İdrisli Ayaz Xəqani oğlu və 1991-ci il təvəllüdlü Hümbətov Nurlan Cəfər oğludur.

Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

20:40

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR