Tovuzda 45 yaşlı kişini avtomobil vurub

Tovuzda 45 yaşlı kişini avtomobil vurub
# 05 mart 2017 22:00 (UTC +04:00)

Tovuzda piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərfanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Fikrət Əliyev yolu keçmək istəyərkən hərəkətdə olan avtomobillə vurulub. Yaralı Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR