FHN Akademiyasında “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib

FHN Akademiyasında “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib
# 08 may 2018 16:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev Məktəbinin lektoriyası” çərçivəsində toplantı keçirilib.

Lektoriyanın qonağı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı olub.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dövlət Himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin dövlətçiliyimizin tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb.

Dövlətin güclənməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu söyləyən P.Süleynmanov Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Deputat bildirib ki, Heydər Əliyev bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə və xoşbəxtliyinə həsr edib. O, müdrik siyasi xadimin zəngin dövlət idarəçiliyi təcrübəsinin, siyasi irsinin əhəmiyyətini diqqətə çatdırmış, dahi rəhbərin ideyalarının əbədi yaşayacağını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin mütərəqqi siyasətinin davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan gündən-günə inkişaf edərək, dünyanın lider dövlətlərindən birinə çevrilib.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR