Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan yığması  beynəlxalq turnirdə iştirak edəcək
# 28 iyul 2015 14:19 (UTC +04:00)

Bakı - APA.17 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz Moldovanın Kişinyov şəhərində keçiriləcək UEFA-nın İnkişaf turnirində qüvvəsini sınayacaq.

Bu gün start götürəcək turnirdə Moldova, Latviya və Bolqarıstan yığmaları da mübarizə aparacaq. Dairəvi sistemlə keçiriləcək turnirdə komandamızın ilk rəqibi meydan sahibləri olacaq.

28 iyul

20:00 Moldova – Azərbaycan

29 iyul

20.00 Azərbaycan – Latviya

31 iyul

12.30 Bolqarıstan – Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR