Tbilisidə antiterror əməliyyatı başa çatıb, iki nəfər ölüb, üç nəfər saxlanılıb - YENİLƏNİB

Tbilisidə antiterror əməliyyatı başa çatıb, iki nəfər ölüb, üç nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 22 noyabr 2017 14:28 (UTC +04:00)

Tbilisidə gecə saatlarından etibarən davam etdirilən antiterror əməliyyatı başa çatıb.


APA-nın yerli bürosunun məlumatına əsasən, xüsusi təyinatlılar və texnika hadisə yerini tərk edir.


Qeyri-rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən üç şəxs saxlanılıb. Bir nəfər xüsusi təyinatlı isə ölüb. Yayılmış məlumatlara görə, əməliyyat zamanı daha bir nəfər ölüb. Onun kimliyi barədə açıqlama verilmir.

*** 12.41

Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı bir nəfər saxlanılıb.



APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Məlumata əsasən, saxlanılan şəxs Gürcüstan vətəndaşı deyil. O, terror təşkilatının üzvüdür. Digər terrorçunun yaxalanması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR