Səfir: “Rusiya və Türkiyə arasında vizalara dair məsləhətləşmələr keçiriləcək”

Səfir: “Rusiya və Türkiyə arasında vizalara dair məsləhətləşmələr keçiriləcək”
# 12 iyul 2017 04:21 (UTC +04:00)

Yaxın günlərdə Rusiya və Türkiyə XİN-ləri arasında viza problemlərinə dair müzakirələr aparılacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Türkiyədəki səəfiri Aleksey Yerxov bildirib.

“Viza məhdudiyyətləri iki ölkə XİN-nin daim diqqət mərkəzindədir. Hər şeyin plan üzrə gedəcəyi təqdirdə, bur neçə gündən sonra XİN-lər arasında növbəti məsləhətləşmələr raundu baş tutacaq. Danışıqlar zamanı viza problemi də müzakirə olunacaq”, - deyə səfir “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR