AİF istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanır

AİF istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanır
# 14 fevral 2017 13:14 (UTC +04:00)

Fevralın 17-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 1001.75 manat qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR