İki məhkum həbsxanada ölüb

İki məhkum həbsxanada ölüb
# 01 fevral 2017 09:02 (UTC +04:00)

Azərbaycanda iki məhkum ölüb.

APA-nın məlumatına görə, hadisə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar - 1964-cü il təvəllüdlü Əli Yusif oğlu Bayramov və 1971-ci il təvəllüdlü Şükür Zeynal oğlu Quliyev xəstəlik səbəbilə vəfat ediblər.

Qeyd edək ki, Ə. Bayramov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2015-ci ilin fevralında həyata keçirdiyi əməliyat nəticəsində həbs edilib. O, bir qrup şəxslə əlbir olaraq Ukraynadan Azərbaycana 24 kiloqram narkotik keçirərkən saxlanılıb. Ş. Quliyev isə 2016-cı ildə oğurluq üstündə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR