ABŞ-da kimya zavodunda güclü yanğın baş verib

ABŞ-da kimya zavodunda güclü yanğın baş verib
# 02 sentyabr 2017 01:36 (UTC +04:00)

ABŞ-ın Texas ştatında kimya zavodunda yanğın baş verib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

İnsident “Arkema” müəssisində qeydə alınıb. Ötən gün “Harvi” qasırğasının keçdiyi ərazidə yerləşən zavodda iki partlayışın baş verdiyi barədə məlumat yayılmışdı. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hazırda müəssisənin fəaliyyəti tamamilə dayandırılıb.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında baş verən “Harvi” qasırğası nəticəsində 47 nəfər ölüb, azı 20 min insan təxliyə olunub, 100 min yaşayış evinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR