Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb
# 17 sentyabr 2017 19:08 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb.

Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR