Bank Of Baku

BŞTİ azyaşlının məktəbdən qaçırılması ilə bağlı məsələyə münasibət bildirib

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 25 noyabr 2021 15:47 (UTC +04:00)

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 188 saylı məktəbdən çıxan zaman azyaşlının qaçırılması ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, İdarə müdiri jurnalistlərə açılmasında deyib ki, məktəblərin çoxunda kamera və mühafizə xidməti var: "Hər hansı məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur. Belə hal olubsa da məktəbdən kənarda olub. Belə hadisələrlə bağlı isə hüquq-mühafizə orqanları məşğul olur".

M. Vəliyeva valideynlərə müraciət edərək bildirib ki, övladlarına qarşı diqqətli olsunlar: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu, təkcə məktəbin yox, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib.

Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün saat 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

Z.Q sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.

Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Uşaq dərhal maşından düşərək həmin valideyninin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb. Bildirilib ki, bütün zəruri tədbirlər icra olunur. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR