Bank Of Baku

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub
# 17 sentyabr 2026 13:06 (UTC +04:00)

Ermənistanda zəlzələ baş verib.

“Sputnik-Armenia” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:17-də Şoğakat kəndindən 3 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 2,8 olub.

Zəlzələnin episentrində təkanların gücü 3-4 bal təşkil edib.

Yeraltı təkanlar Geğarkunik vilayətinin Şoğakat, Artaniş, Drax­tik və Cil kəndlərində hiss olunub.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR