“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka borcunu ödəyib

“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka borcunu ödəyib
# 15 avqust 2017 08:39 (UTC +04:00)

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində onun banka olan 41 654 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı banka ödənilib. Bununla da, vəfat edən müştərinin banka olan borcu tam sıfırlanıb.

Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 13 sığorta hadisəsinə görə ümumilikdə 321 116 manatdan çox sığorta ödənişi verilib.

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR