Azərbaycan yanvarda 122 mln. dollardan çox qeyri-neft məhsulları ixrac edib

Azərbaycan yanvarda 122 mln. dollardan çox qeyri-neft məhsulları ixrac edib
# 16 mart 2018 08:24 (UTC +04:00)

Bu ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2231,6 mln. dollar, o cümlədən ixracın dəyəri 1543 mln. dollar, idxalın dəyəri 688,6 mln. dollar təşkil edib, nəticədə 854,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayında hüquqi və fiziki şəxslər 121 xarici ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən idxal olunub.

Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3% artıb, real ifadədə isə 1,9% azalıb.

DSK məlumatlarına əsasən ixracın 27,%-ni İtaliyaya, 13,1%-ni İsrailə, 8,0%-ni Avstriyaya, 7,9%-ni Çexiyaya, 6,7%-ni ABŞ-a, 6,5%-ni Kanadaya, 6,4%-ni İndoneziyaya, 4,5%-ni Almaniyaya, 3,8%-ni Gürcüstana, 3,7%-ni Rusiyaya, 3,6%-ni Yunanıstana, 3,4%-ni Türkiyəyə, 1,7%-ni İsveçrəyə, qalan 3,7%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3%-i Rusiya, 12,9%-i Türkiyə, 9,5%-i Çin, 8,1%-i Belarus, 7,3%-i Almaniya, 4,1%-i Ukrayna, 3,9%-i ABŞ, 3,3%-i İran, 2,9%-i Türkmənistan, 2,6%-i İtaliya, 2,4%-i Koreya, hər biri 2,3% olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2%-i Qazaxıstan, 17,9%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb

Bu ilin yanvar ayında 122,8 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1%, real ifadədə isə 34,7% çoxdur.

Bu ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 59,0%, təzə tərəvəz – 25,9%, tütün – 8,4%, meyvə və tərəvəz şirələri – 33,4%, meyvə və tərəvəz konservləri – 5,3%, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 87,4%, polietilen – 30,4%, pambıq ipliyi – 52,7% artmış, şəkər ixracı isə 61,5%, bitki yağları – 58,2%, çay – 29,5%, pambıq lifi – 3,4%, emal olunmamış alüminium – 25,1%, qara metallardan borular – 8,0%, bentonit gili – 30,2% azalıb.

2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin yanvar ayında buğda idxalı 2,1 dəfə, təzə meyvə – 34,8 %, bitki yağları – 5,1 dəfə, çay – 49,8 %, mal əti – 24,9 %, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, qara metallardan borular – 2,7 dəfə, polad prokatı – 14,2 %, minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 41,4 %, rezin şinlər – 79,8 %, qara metallardan çubuqlar – 64,8 %, polietilen – 4,4 dəfə, hesablama maşınları, blok və qurğuları – 3,0 dəfə, qara metallardan künclüklər ­– 92,8 %, paltaryuyan maşınlar – 17,3 %, sement və sement klinkerləri – 2,0 dəfə, yük avtomobilləri – 78,0 %, məişət soyuducuları – 52,9 %, avtobuslar – 33,3 % artmış, xam şəkər və şəkər idxalı isə 57,3 %, siqaret – 0,8 %, kərə yağı, digər süd yağları və pastaları – 34,0 %, kartof – 24,9 %, təzə tərəvəz – 43,5 %, mebel – 0,7 %, məişət kondisionerləri – 8,2 % azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR