İyulda bank sektorunda çalışanların sayı artıb

İyulda bank sektorunda çalışanların sayı artıb
# 07 sentyabr 2017 12:26 (UTC +04:00)

2017-ci ilin avqust ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 123 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, iyulda bank sektorunda çalışanların sayı 28 nəfər artıb. Belə ki, iyun ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 095 nəfər olub.

Ümumiyyətlə, bu ilin 7 ayında bank sektorunu 824 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR