Bankın mənimsəmədə təqsirləndirilən keçmiş filial müdirinə hökm oxunub

Bankın mənimsəmədə təqsirləndirilən keçmiş filial müdirinə hökm oxunub
# 24 yanvar 2018 12:10 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində VTB Bankın mənimsəmədə təqsirləndirilən keçmiş filial müdiri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Qasımov əvvəllər “KapitalBank”da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Sonradan “İnterpol” xətti ilə axtarışa verilib və saxlanılaraq Azərbaycana gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR