Neftin bahalaşması "Petkim"in əməliyyat mənfəətinə təsir etməyəcək

Neftin bahalaşması "Petkim"in əməliyyat mənfəətinə təsir etməyəcək
# 07 dekabr 2016 09:03 (UTC +04:00)

"OPEC üzvlərinin neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmadan sonra neftin qiymətləri 16 aylıq maksimumu yeniləyib. Hazırkı durum ucuz neft dövrünün bitməsinə işarə edir. Neftin bahalaşması Türkiyədə fəaliyyət göstərən yerli və xarici şirkətlərə müxtəlif cür təsir göstərəcək". "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Agentlik yazır ki, SOCAR-ın Türkiyədəki ən iri aktivi olan "Petkim" kimi neft-kimya məhsullarının istehsalçılarının əməliyyat mənfəəti neft qiymətlərinə həssasdır: "Neftin bahalaşması "Petkim"in EBITDA (Maliyyə Hesabatlılığına dair Beynəlxalq Standartlar üzrə gəlirlilik (rentabellik) göstəricisi - red.) göstəricisinə təzyiq göstərə bilər, lakin əməliyyat mənfəətinə təsirsiz ötüşəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR