ABŞ dövlət katibi Moskvada apardığı danışıqları məhsuldar adlandırıb

ABŞ dövlət katibi Moskvada apardığı danışıqları məhsuldar adlandırıb
# 12 aprel 2017 20:45 (UTC +04:00)

ABŞ dövlət katibi Reks Tillerson Moskvada apardığı danışıqları məhsuldar adlandırıb.

APA- Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövcud problemlərin həlli üçün Rusiya və ABŞ arasındakı münasibətlərin yaxşılaşması lazımdır.

"Moskva və Vaşinqton arasındakı münasibətlərin hazırkı vəziyyəti ən aşağı səviyyədədir. Qarşılıqlı inamın səviyyəsi də aşağıdır. İki nüvə nəhəngi arasındakı münasibətlər bu vəziyyətdə olmamalıdır", deyə Tillerson vurğulayıb.

ABŞ dövlət katibi rusiyalı həmkarı ilə danışıqlarda iki ölkə arasındakı əlaqələrin hansı yollarla yaxşılaşdırılmasını müzakirə etdiklərini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR