Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanır

Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanır
# 05 avqust 2015 10:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində "Qarabağ ədəbiyyatı" elektron toplusu hazırlanır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi layihə orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələri ilk dəfə toplu halında rusdilli oxuculara təqdim edəcək.

Toplu ictimai birliyin 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə" layihəsinin növbəti mərhələsidir. "Qarabağ ədəbiyyatı" toplusu www.azerbaycanli.org saytının rus versiyasında yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR