Yeni nəfəs-2” ssenari müsabiqəsinin nəticələri açıqlanacaq

Yeni nəfəs-2” ssenari müsabiqəsinin nəticələri açıqlanacaq
# 31 oktyabr 2016 13:31 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Yeni nəfəs-2” ssenari müsabiqəsinin nəticələri açıqlanacaq. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən həftə bununla bağlı müsabiqənin münsiflər heyətinin iclası keçirilib və qaliblər müəyyənləşdirilib.

Müsabiqədə şəffaflığı qorumaq üçün yazılan ssenarilər kodlaşdırma vasitəsi ilə münsiflər heyətinə təqdim edilib.

Qaliblərin adları isə noyabrın 5-də Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirdə elan olunacaq.

Qeyd edək ki, müsabiqənin qaydalarına əsasən Qran Pri 3000 manat, birinci yer 2000 manat, ikinci yer 1500 manat, üçüncü yer 1000 manat məbləğində mükafatlandırılacaq. Qran Pri ssenarinin ekranlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR