Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşlarının yeni cədvəli təsdiqlənib

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşlarının yeni cədvəli təsdiqlənib
# 16 mart 2018 14:33 (UTC +04:00)

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları ilə bağlı yeni cədvəli təsdiqləyib.

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin verdiyi qərara görə, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupunun, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının məvacibi 10% artırılıb.

Bundan başqa, Atatürk və Milli Kulinariya Mərkəzlərinin, İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq, eləcə də Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun, Elmin İnkişafı Fondunun, Bilik Fondunun, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Gənclər Fondunun, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları da 10% artırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR