Nazir müavini: “Əlilliyin müəyyənləşdirilməsi meyarlarında sərtləşmələr etməliyik” - YENİLƏNİB

Nazir müavini: “Əlilliyin müəyyənləşdirilməsi meyarlarında sərtləşmələr etməliyik” - <span style="color: red;">YENİLƏNİB
# 04 may 2018 12:54 (UTC +04:00)

“Əlillərin evlə təminatı məsələsində ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda əlil olmuş şəxslərə və şəhid ailələrinə üstünlük verilir”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisin iclasında deyib. O bildirib ki, buna baxmayaraq, hələ də yuxarıda qeyd olunan kateqoriyadan olan insanlar tam təmin olunmayıb, işlər davam etdirilir.

Nazir müavini qeyd edib ki, əlilliyin müəyyənləşdirilməsi xəstəliyin beynəlxalq təsnifatı əsasında həyata keçirilir: ”Nazirlər Kabinetinin bununla bağlı meyarları var. Amma düşünürəm ki, biz bu meyarlarda sərtləşdirmələr etməliyik. Bu günlərdə nazir Sahil Babayevin sədrliyi ilə keçirilən iclasda da bu məsələyə toxunuldu”.

N. Məmmədov deyib ki, Azərbaycan müharibə şəraitində yaşayır, ilk növbədə ölkənin müstəqilliyi uğrunda mübarizə nəticəsində şəhid olanların ailələrinin və əlillərin evlə təminatı məsələsi həll edilir.

"Yaxın 4 il ərzində bu kateqoriyadan olan şəxslərin evlə təminatı məsələsi həll olunacaq. Digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır. Şəhid ailələrinin ailələri, Qarabağ əlillərinə fərdi yaşayış evləri ilə təminatı məsələsi barədə məlumatlar nazirliyin saytında var. Bu, hər il 350- 400 nəfəri əhatə edir.

Əlilliyin müəyyənləşdirilməsində xəstəni görmədən rəy verilməsi qaydası ilə bir həkim olaraq mən də razı deyiləm. Səhiyyə Nazirliyinin elektron bazası yaradılıb, hər bir şəxs barədə elektron məlumat olmadığı halda, xəstəni görmədən əlillik dərəcəsi verməklə razı deyiləm. Hazırda əlilliyin qiymətləndirilməsinin müsbət tərəfləri var. Bu, vətəndaş-məmur münasibətlərini sıfıra endirib. Əvvəl bu sistemdə rüşvət halları var idi. Bu gün isə tibbi komissiyalar barədə rüşvət və korrupsiya ilə bağlı şikayət olmur. Anatomik patologiyalarla müraciət edən şəxslərə əlillik dərəcəsi almaq üçün vaxt müəyyən etmək doğru deyil. Bu məsələdə millət vəkilləri ilə razıyam. Digər əlilliklərlə bağlı isə vaxtaşırı müayinənin olması mütləqdir. Çünki bəzi əlillik halları müəyyən müddət sonra sağalır", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR