Bakı sakininin bıçaqlanması ilə bağlı iki qardaş tutulub

Bakı sakininin bıçaqlanması ilə bağlı iki qardaş tutulub
# 03 sentyabr 2015 08:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakinini bıçaqlayan iki qardaş tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi (CAŞ) və 36-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov saxlanılıblar.

Qeyd edək ki, hadisə avqustun 31-də gecə saatlarında M.Hadi küçəsində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR