Səfir: "Azərbaycan qazının Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə nəql olunması ilə bağlı danışıqlar davam etdirilir"

Səfir: "Azərbaycan qazının Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə nəql olunması ilə bağlı danışıqlar davam etdirilir"
# 31 avqust 2015 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Energetika sahəsi Azərbaycanla Bolqarıstanın əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bolqarıstan Azərbaycan qazının alınmasında maraqlıdır".

"APA-Economics"in "Bulgaria Today" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bildirib.

Diplomat qeyd edib ki, Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı planlaşdırır: "Gələn il isə bu həcm artırıla bilər".

E. Kərimov bildirib ki, hazırda Azərbaycan qazının Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə nəql olunması ilə bağlı danışıqlar davam etdirilir: "Bolqarıstan Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a birləşəcək kəmər inşa etmək niyyətindədir. Bununla da, Bolqarıstan Azərbaycandan qaz almaq imkanı əldə edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR