Azərbaycanda neft hasilatı artıb, qaz istehsalı azalıb

Azərbaycanda neft hasilatı artıb, qaz istehsalı azalıb
# 16 mart 2018 10:53 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,7 mlrd. manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 1,8% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 6,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 2,9 mlrd. kubmetr təşkil edib.

Hesabat dövründə neft hasilatı 0,5% artıb, qaz hasilatı isə 9,4% azalıb.

Bu ilin iki ayında ölkədə 6 372,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin eyni dövrünün göstəricilərinə nisbətən 0,5% çoxdur. Bunun 6 364,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,8% çoxdur. Bu ilin martın 1-nə 462,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə 4 726,9 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin müvafiq dövrünə nisbətdə 0,8% çoxdur. Bunun 2 908,9 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 9,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR