Külli miqdarda dələduzluqda təqsirləndirilən MTN polkovniki və digərlərinin məhkəməsində şahidlər ifadə verib

Külli miqdarda dələduzluqda təqsirləndirilən MTN polkovniki və digərlərinin məhkəməsində şahidlər ifadə verib
# 27 oktyabr 2017 10:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülhüseyn Tahirov ifadə verib. Bildirib ki, qardaşı arvadı Səriyyə və digər iki nəfərlə birlikdə Ceyhun İbayevlə görüşüblər. G. Tahirov deyib ki, qardaşının həbsdən azad edilməsi üçün Ceyhun İbayevə 60 min manat pul veriblər, C. İbayev bunun müqabilində qardaşının ittiham olunduğu maddələrdən birinin üzərindən götürüləcəyini deyib.

Şahid qismində ifadə verən Eldəniz İsayev deyib ki, təqsirləndirilən Ceyhun İbayev onun dayısıdır və qayınatasının ittiham olunduğu maddələrdən birini üzərindən götürmək üçün qayınanası Səriyyə Tahirova dayısına 60 min manat pul verib.

Proses noyabrın 7-də davam edəcək.

İ

ttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Təqsirləndirilən V. Güləli zərərçəkmiş Misir Umudovu ləğv edilmiş MTN-ə işə düzəldəcəyini deyərək, onun 8 min manatını dələduzluq yolu ilə ələ keçirib.

İş üzrə 5 zərərçəkmiş şəxs tanınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, V. Güləli MTN-in polkovniki olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR