“Testene-Art” İncəsənət festivalına yekun vurulub

“Testene-Art” İncəsənət festivalına yekun vurulub
# 03 aprel 2018 12:32 (UTC +04:00)

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub.

İdarədən APA-ya verilən məlumata görə, Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev qeyd edib ki, Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-ə yaxın iştirakçı qatılıb.

Bu festivalın ölkələrarası mədəniyyətin inkişafına töhfə verdiyi vurğulanıb. O, qalibləri təbrik edərək, “Testene-Art” mədəniyyət assosiasiyasının rəhbərliyinə təşəkkürünü bildirib və prezidenti Z.İnessaya milli musiqi alətlərimizi özündə əks etdirən xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib, münsiflər heyətinin üzvləri festival-müsabiqənin gedişatı, istedadlı uşaqların çıxışları barədə öz fikirlərini söyləyiblər.

Müsabiqənin Qran Pri mükafatına Rza Xosrovzadə (estrada nominasiyası) layiq görülüb.

Qeyd edək ki, "APA Holding" festivalın informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR