Bakı-APA. “Əl-Qaidə” qruplaşması Usamə Bin Ladenin oğlu Həmzə Bin Ladenin audo müraciətini yayıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, lent yazısında Həmzə vaxtilə “Əl-Qaidə” tərəfindən elan edilən müqəddəs müharibənin davamına çağırıb.
Qeyd olunur ki, “Əl-Qaidə” ilk dəfə olaraq Həmzə Bin Laden qruplaşmanın üzvü kimi təqdim edib.