Mövsümün ilk yarışında 3 medal qazanılıb

Mövsümün ilk yarışında 3 medal qazanılıb
# 20 yanvar 2020 23:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında (U-18) cüdo üzrə keçirilən respublika birinciliyində “Judo Club 2012” idman klubunun yetirmələri 2 gümüş, 1 bürünc medal qazanıblar.

FHN-in İdman-Sağlamlıq Mərkəzindən APA-ya verilən məlumata görə, klubun aktivinə gümüş medalları Məmmədrza Hacızadə (60 kq) və Zeynəb

Məmmədova (-52 kq), bürünc medalı isə Fidan Rəhimova (-70 kq) yazdırıblar.

Klubun təmsilçilərindən Rəşad Paşazadə (81 kq) və Əli Mahmudov (90 kq) beşinci yerlə kifayətlənməli olublar.

Bu dəfəki respublika birinciliyində 68 klubdan 565 (488 oğlan, 77 qız) cüdoçu doqquz çəki dərəcəsində mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR